
"İstəyirəm ki, "Qarabağ" maliyyə baxımından azad olsun".
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
O, klubun dünyada ən gözəl ad olduğunu bildirib:
"Digər komandalar bizi bağışlasınlar. "Qarabağ"ın rəngləri, tarixi, əziyyətlərimiz...
Hər zaman komandamız qol vuranda bir tərəfimiz sevinirdisə, digər tərəfi ağlayırdı. İndi nə yaxşı ki, tam gülə bilirik".