“Qarabağ”ın yeni təklifini qəbul etmədi - Hansı kluba keçir?

14 İyun 14:20 Qarabağ 2 901
“Qarabağ”ın yeni təklifini qəbul etmədi - Hansı kluba keçir?

Bir neçə gün əvvəl “Qarabağ”dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşmək üzrədir.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Tunisdə davam etdirməyə hazırlaşır. Çünki hazırda onun xidmətində ən çox maraqlı olan klub “Esperanse”dir.

Heyətini təcrübəli və zəngin karyeraya malik oyunçularla gücləndirməyi planlaşdıran rəhbərlik Əlcəzair millisinin üzvünü ideal seçim hesab edir.

Komandada iki əlcəzairli oyunçunun olması onun qərarına təsir edə bilər. Bu, Benzianın kollektivə tez uyğunlaşmasına da kömək olar.

“Esperanse” Klublararası Dünya Çempionatının startı öncəsi bu keçidi rəsmiləşdirməyə çalışır.

Yassin Benzia “Qarabağ”ın heyətində 104 oyunda 28 qol vurub, 25 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:10 Çək və bizə göndər!