"Qarabağ" Bolqarıstandan bir gündə iki XOŞ XƏBƏR aldı

14 İyun 02:20 Qarabağ 504
"Qarabağ" Bolqarıstandan bir gündə iki XOŞ XƏBƏR aldı

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası “Sozopol Cup 2025” turnirində iştirak edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan futbolçuları Bolqarıstanda təşkil olunan yarışın ilk iki turunda qələbə qazanıblar.

Ağdam klubu ilk oyununu yerli “Septemvri”yə qarşı keçirib və 2:0 hesabı ilə qalib gəlib. Həlledici qola İsmayıl Rəsulov imza atıb.

Komanda ikinci görüşdə Bolqarıstanın digər təmsilçisi “Olimpiya”ya qarşı keçirib. 5

:1 hesabı ilə qalib gələn “Qarabağ”ın heyətində Kamil Bədirxanlı 2, Zəfər İbrahim, Ayxan Verdiyev və Musa Musayev hərəyə 1 dəfə fərqləniblər.

"Qarabağ"ın yer aldığı A qrupunda “Septemvri” və “Olimpiya”dan başqa “Botev”, “Lüdoqorets” və “Etar” da mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?