
"Qarabağ" rəhbərliyi komandadan ayrılan futbolçuların əvəzinə daha yaxşılarını transfer etməyə çalışır.
Sportinfo.az xəbər verir ki, bu barədə teleqraf-a klubun direktoru Emrah Çelikel bildirib.
Onun sözlərinə görə, komandadan gedənlər yenə ola bilər. Çelikel yeni transferlər barədə reallaşdıqca məlumat veriləcəyini əlavə edib.
"Başqa futbolçularımızdan da gedənlər ola bilər və əlbəttə, gedənlərin yerinə daha yaxşılarını gətirməyə çalışırıq. Yeni transferlərimiz reallaşdıqca məlumat veriləcək", - deyə klub rəsmisi vurğulayıb.
hələlik "Qarabağ"ı Yassin Benzia, Marko Veşoviç, Patrik Andrade və İsmayıl İbrahimli tərk edib.