
“Qarabağ”da növbəti ayrılıq qaçılmazdır.
Redon Cica klubunu dəyişə bilər.
Ağdam təmsilçisində az şans qazanan albaniyalı hücumçu hazırkı durumundan məmnun deyil. Daha çox oynamaq, faydalı olmaq istəyir.
Baş məşqçi Qurban Qurbanov Cicanın gedişinə qarşı deyil. Bunun üçün yollar qarşılıqlı razılıq əsasında olmalıdır. Ya da icarə əsasında oynaya biləcəyi kluba üz tutmalıdır.
Bir neçə gün əvvəl subaylığın daşını atan futbolçu agenti ilə söhbətdə yeni macəra axtarışında olduğunu gizlətməyib.
2023-cü ilin yanvarında “köhlən atlar”la 3,5 illik sözləşməyə imza atan Redonun “Qarabağ”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
O, ağdamlıların heyətində bütün yarışlarda meydana çıxdığı 73 oyunda 13 qol və 5 qol ötürməsi ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ