Dünənə qayıtsaq... Pis gündə "Qarabağ"a kimlər sahib çıxdılar? - VİDEO

23 Avqust 23:40 Qarabağ 205
Dünənə qayıtsaq... Pis gündə "Qarabağ"a kimlər sahib çıxdılar? - VİDEO

"Qarabağ" 2024/25 mövsümünü qızıl dublla başa vura bilmədi.

Həftələr öncədən Premyer Liqada çempionluğunu rəsmiləşdirən ağdamlılar Ölkə Kubokunun finalında xoş sonluq yaşamadı.

Qurban Qurbanovun komandası 120 dəqiqə davam edən mübarizənin sonunda "Sabah"a məğlub oldu - 2:3.

Baş hakim İnqilab Məmmədovun final fitindən sonra "tələblər"in cəbhəsində böyük sevinc vardı.

"Köhlən atlar"da isə üzüntü hakim kəsilmişdi.

Belə məqamda Ağdam təmsilçisinin fanatları futbolçulara dəstək çıxması ilə diqqət çəkdi.

Onlar bütün kollektivi yanlarına çağırıb, alqışlamaqla mənəvi dəstək nümayiş etdirmiş oldular.

Həmin görüntüləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti