“Qarabağ” Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq!

30 May 2025 19:20 Qarabağ 785
“Qarabağ” Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq!

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmiləşib.

Sportinfo.az-a bu məlumatı "Qarabağ"ın idarə heyətinin və UEFA-nın Yarışlarının Təşkili Komitəsinin üzvü Asif Əsgərov verib.

Asif Əsgərovun dediyinə görə, bununla bağlı qərar bu gün Münhendə keçirilən sözügedən komitənin iclasında açıqlanıb.

Bu, PSJ-nin ÇL-in finalına yüksəlməsindən sonra dəqiqləşsə də, bu gün UEFA tərəfindən rəsmən təsdiqlənib.

ÇL-də 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, qarşılaşmalar isə iyulun 22/23 və 29/30-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti