Qurban Qurbanov ona sonuncu dəfə xəbərdarlıq etdi - Özünü yığışdır, yoxsa…

30 May 15:00 Qarabağ 2 431
Qurban Qurbanov ona sonuncu dəfə xəbərdarlıq etdi - Özünü yığışdır, yoxsa…

Kevin Medina «Qarabağ»ın Çempionlar Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsinə daxil edilməyə bilər.

Bununla bağlı klubdan redaksiyamıza məlumat daxil olub.

Baş məşqçi Qurban Qurbanov kolumbiyalı müdafiəçiyəyə barmaq silkələyib.

Təcrübəli mütəxəssis «Tank» ləqəbli legionerə sonuncu dəfə xəbərdarlıq eləyib ki, şəxsi həyatına diqqət yetirməsə və iyunun sonunadək ideal forma yığmasa, sərt şəkildə cəzalandırılacaq.

O, bir müddət əvvəl həyat yoldaşından boşanan və ondan bəri idman rejiminə riayət etməyən cənubi amerikalı haqqında kifayət qədər məlumat toplayıb.

Çalışdırıcıya məlum olub ki, Medina tez-tez əyləncə məclisləri təşkil edir, boş vaxtlarında bir neçə nəfərlə xarici ölkələrə üz tutur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti