“Qarabağ”ı bu ölkənin çempion klubuna dəyişməyə razılaşdı?

29 May 11:20 Qarabağ 1 627
“Qarabağ”ı bu ölkənin çempion klubuna dəyişməyə razılaşdı?

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia ilə maraqlanan klubların sayı gündən-günə artır.

Sportinfo.az Tunis mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını bu ölkədə davam etdirə bilər.

Belə ki, “Esperans Tunis” Əlcəzair millisinin üzvünün keçidində maraqlıdır. Hətta iddiaya görə, Tunis çempionu Benzia ilə danışıqlarda irəliləyişə nail olub və onunla müqavilənin şərtlərini razılaşdırıb.

Tərəflər ortaq məxrəcə gəlsə, Benzia yeni komandasına azad agent kimi keçəcək. Çünki onun “Qarabağ”la müqavilə müddəti iyunun sonuna qədərdir.

Yassin Benzia “Qarabağ”a 2023-cü ilin yanvarında “Dijon”dan keçib. Son günlər onun ağdamlılarla yeni müqaviləni razılaşdırdığı barədə də xəbərlər var.

Digər Xəbərlər
Xəbər Lenti