
Juninyo Olavio yeni mövsümdə “Qarabağ“a qayıtmayacaq.
Redaksiyamıza verilən məlumata görə, “Flamenqo” bu ilin yanvarında 5 milyon avro təzminat qarşılığında sıralarına qatdığı hücumçunu icarəyə vermək niyyətində deyil.
Brazliyanın tanınmış klubu 28 yaşlı forvardı aldığı rəqəmdən daha baha qiymətə satmağı planlaşdırır. Odur ki, hazırda Səudiyyə Ərəbistanından təklif gözləyirlər.
Yeni komandasında 18 dəfə forma geyinən 28 yaşlı mərkəz hücumçusu yalnız 3 qolla yadda qala bilib. O, Braziliyanın A seriyasında cəmi 4 oyuna çıxıb, 1 dəfə start heyətində yer alıb, məhsuldar ötürməylə yadda qalmayıb.
Juninyo “Qarabağ”ın heyətində meydana çıxdığı 48 oyunda 23 qol vurmağı bacarıb.
SPORTİNFO.AZ