Bu xəbər “Qarabağ”da A-dan Z-yə hər kəsin kefini açdı

28 May 00:50 Qarabağ 1 396
Bu xəbər “Qarabağ”da A-dan Z-yə hər kəsin kefini açdı

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatmasında yer alacağı səbət dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, yarışa II təsnifat mərhələsindən başlayacaq Ağdam klubu həm bu, həm növbəti raundda səpələnmiş olacaq.

Buna səbəb təmsilçimizin ilk 3 mərhələdə oynayan komandalar arasında ən yüksək reytinqli 6 çempiondan biri olmasıdır.

Azərbaycan çempionunun həftəsonu baş tutan həlledici matçlara qədər hansı səbətdə yer alacağı bəlli deyildi.

Bu baxımdan İsrail, Xorvatiya və Macarıstan çempionlarının kimliyi həlledici idi.

Daha yüksək reytinqli “Ferensvaroş” və Təl-Əviv “Makkabi”si öz ölkələrində qızıl medallar qazanıb. Zaqreb “Dinamo”sunun “Riyeka”dan geri qalması isə “Qarabağ”ın xeyrinə olub.

3-cü raundun püşkatması II təsnifat mərhələsi bitmədən keçiriləcək. Bu üzdən Qurban Qurbanovun yetirmələri həmin püşkə cüt şəklində qatılacaq. “Qarabağ”ın yer aldığı cüt səpələnmişlər sırasında olacaq.

III təsnifat mərhələsinin püşkatması iyulun 21-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti