
Azərbaycan kubokunun final matça ilə 2025/26 mövsümünə yekun vurulacaq.
Həlledici qarşılaşmada "Sabah" "Qarabağ"la üz-üzə gələcək.
Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan keçiriləcək görüşdən öncə Sportinfo.az-a açıqlama verib.
O, rəqibin avrokuboklara getmək üçün son şansı olduğundan yüksək motivasiya ilə meydana çıxmasının çətinlik yarada biləcəyini etiraf etsə də növbəti titulu qazanacaqlarına da inandığını dilə gətirib:
"Sabah" üçün finalın əhəmiyyəti çox böyükdür. Çünki onlar üçün avrokuboklara gedən yol finaldan keçir.
Düzdü, Azərbaycan çempionu olmuşuq. Amma bizim üçün də matçın dəyəri böyükdür.
Söhbət növbəti tituldan gedir. Hətta rəqibdən daha çox istəyəcəyik. İnşallah, sonda da qalib gələrik".
XANOĞLAN