
"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Premyer Liqanın 36-cı turunda "Şamaxı"nı məğlub etdikləri (1:0) matç haqda Sportinfo.az-a açıqlama verib.
O, qələbəyə rəğmən böyük çətinlik yaşadıqlarını dilə gətirib:
"Şamaxıda olan oyunlarımız hər zaman çətin keçir. Bu meydanda, bu rəqibə qarşı oynamaq asan deyil.
90 dəqiqə gərgin keçdi. Ötən dəfə də son dəqiqə qolu ilə sevinmişdik. Bu dəfə də eynisi oldu. Əsas odur ki, sonda qalib gəldik".
"Şamaxı" meydana ciddi itkilərlə çıxmışdı. Ayxan Abbasovun ehtiyatdan oyuna buraxmaq üçün vur-tut 3 gənc oyunçusu vardı.
Belədə gözləmək olardı ki, "Qarabağ" asan qələbə qazanacaq. Amma tam əksini gördük.
Qurbanlı bu məqama belə aydınlıq gətirib:
"Rəqibin əziyyətini yerə vurmaq olmaz. Həm də mövsümün sonudur. Çempionluq rəsmiləşib. Məncə, elə ən çətin oyunlar asan keçəcəyi gözlənilən oyunlar olur".
XANOĞLAN