"Qarabağ" Braziliyaya göndərəcək - İkisinə də

02:00 Qarabağ 128
"Qarabağ" Braziliyaya göndərəcək - İkisinə də

2024/25 mövsümündə - qış fasiləsində "Qarabağ"dan ayrılan Riçard Almeyda və Olavio Juninyo da Premyer Liqanın qalibi adını layiq görülüblər.

Sportinfo.az xəbər verir ki, bu haqda qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hər iki futbolçu qızıl medalla mükafatlandırılacaq.

Riçard Almeyda bu ilin fevral ayının 13-də Ağdam təmsilçisindən ayrılaraq vətəni Braziliyanın "Primavera" klubuna keçib.

Olavio Juninyo isə yanvarın 15-də "Flamenqo"ya (Braziliya) transfer olub.

A.Hacıyev bildirib ki, hər iki futbolçu "Qarabağ"dan ayrılsa da, onların da mükafatlandırılması nəzərdə tutulub: "Qızıl medallar onların özlərinə göndəriləcək".

Digər Xəbərlər
Xəbər Lenti
23 May 11:00 Bir-bir gəlin!