"Qarabağ"da yeni adlar: Bunu etmək mümkün imiş! - VİDEO

17:20 Qarabağ 404
"Qarabağ"da yeni adlar: Bunu etmək mümkün imiş! - VİDEO

Son vaxtlar «Qarabağ»da yeni gənc oyunçular üzə çıxmağa başlayıb.

Futbol eksperti Emin Abbasov onlar haqda danışıb.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Ağdam klubunun gənclər siyasətindən söz açan tanınmış teleşərhçi bildirib ki, Aftandil Hacıyev və Nail Kərimovun burada fəaliyyət göstərməyə başlamasından sonra vəziyyət yaxşılığa doğru xeyli dəyişib.

O, qeyd edib ki, Amin Rzayevin ardınca, Hikmət Cəbrayılzadə də əsas komandada debüt şansı qazanıb.

Abbasovun fikrincə, 15 və 17 yaşlı bu oyunçular böyük perspektiv vəd eləyir və bir müddət sonra «Qarabağ»ın əsas heyətində möhkəmlənə bilərlər.

Ekspert bu qənaətdədir ki, bu strategiya «köhlən atlar»ın həyatında yenilikdir və davamı gətirilərsə, daha bir neçə istedad özünü göstərmək imkanı yaxalayacaq.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti