
“Hamı yeni mövsümdə “Qarabağ”dan Çempionlar Liqasında uğur gözləyir.
İndidən klub rəhbərliyi çatışmayan mövqelər üzrə danışıqlara başlayıb.
Komandanın əsas axsayan mövqelərindən biri hücumun mərkəzidir. Yeni namizədlər də yazılıb-çizilir.
Ümumiyyətlə, komandaya ispan və braziliyalı futbolçular çox tez uyğunlaşır.
Əsas idarəçilikdir. “Qarabağ” “qanqrena” verən hissəni zamanında kəsib atmağı bacarır, digər klublar kimi uzatmır”.
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist “Qarabağ”ın transfer siyasətindən danışıb, klub idarəçiliyində uğur formulunun reseptini açıqlayıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.
Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.
Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN