UEFA-dan “Qarabağ”ı məmnun edəcək olduqca MÜHÜM QƏRAR!

00:30 Qarabağ 482
UEFA-dan “Qarabağ”ı məmnun edəcək olduqca MÜHÜM QƏRAR!

"Qarabağ"ın 2025/26 mövsümü Çempionlar Liqasına neçənci mərhələdən başlayacacağı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, qol.az-ın əldə etdiyi məlumata görə, UEFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında ÇL-in təsnifat mərhələsində açılmış boş yerlərə buraxılacaq komandalarla bağlı məsələlərə də baxılıb.

İkinci mərhələ üçün boş yerlərdən biri UEFA reytinqi yüksək olan klublardan "Qarabağ"a verilib.

Beləliklə, Ağdam təmsilçisi Çempionlar Liqasına ötən il olduğu kimi bu dəfə də 2-ci təsnifat mərhələsindən başlayacaq.

Bununla bağlı rəsmi açıqlamanın isə tezliklə veriləcəyi gözlənilir.

İkinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, oyunları isə 22/23 iyul və 29/30 iyul tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...