Hücumçularını “Qarabağ”a satsalar, kifayət qədər yaxşı PUL QAZANACAQLAR

22 May 2025 22:40 Qarabağ 3 225
Hücumçularını “Qarabağ”a satsalar, kifayət qədər yaxşı PUL QAZANACAQLAR

Litva millisinin və Albaniyanın “Vora” klubunun hücumçusu Manfredas Ruzgis “Qarabağ”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Albaniyanın CNA nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, bu mövsüm 32 oyuna 24 qol vuran forvardın çıxışı Ağdam klubunun diqqətini cəlb edib və hazırda transferlə bağlı danışıqlar gedir.

"Qarabağ"ın Ruzgisi yeni mövsüm üçün komandanı gücləndirəcək əsas transfer kimi gördüyü bildirilib.

O da qeyd edilib ki, "Vora" 28 yaşlı hücumçunun "Qarabağ"a satışından kifayət qədər yaxşı qazanc əldə edə bilər.

Manferad Ruzgis daha əvvəl Almaniyanın aşağı liqa klublarında, Lüksemburqun yüksək liqa təmsilçisi "UNA Strassen"də də çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti