“Şərtlərim çoxdur, “Qarabağ”da qalacam, ya yox, bilmirəm”

16:20 Qarabağ 263
“Şərtlərim çoxdur, “Qarabağ”da qalacam, ya yox, bilmirəm”

“Qarabağ”ın legioneri Yassin Benzia Azərbaycanda qalıb-qalmayacağına qərar verməyib.

Sportinfo.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi bu barədə “CBC Sport”-a açıqlamasında deyib:

“Çox yaxşı mövsüm idi. Biz daha uğurlu çıxış edə bilərdik.

Hər mövsüm daha yaxşı çıxış etmək istəyirik. Çox xoşbəxtik ki, növbəti kuboku qazandıq.

Hisslər fərqlidir. “Qarabağ”la müqaviləm başa çatır. Yeni mövsüm “Qarabağ”da qalacam, ya yox, bilmirəm.

Bəlkə də sonuncu Azərbaycan çempionluğumdur. Ona görə fərqli hisslər yaşadığımı deyirəm.

“Qarabağ”la danışıqlar gedir. Biz hələ də razılıq əldə etməmişik. Hər şey ola bilər.

Bəzi klublar menecerimlə danışıq aparır. Adlarını çəkə bilmərəm. Bu, mənim işim deyil. Mənim işim meydana çıxaraq hər matçda qələbə qazanmaqdır.

Mövsümün sonunda qərar veriləcək. Hələ ki, iki oyun qalıb. Tam fikrim bu oyunlara yönəlib.

“Qarabağ”da qalmaq üçün şərtlərim çoxdur. Bunu sizə açıqlaya bilmərəm. Bu, mən və klubum arasına olan məsələdir”.

Benzianın “Qarabağ”la müqavilə müddəti gələn ayın 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti