FİFA prezidenti “Qarabağ"ı təbrik etdi, Rövşən Nəcəfə dəvət göndərdi - FOTO

22 May 00:30 Qarabağ 524
FİFA prezidenti “Qarabağ"ı təbrik etdi, Rövşən Nəcəfə dəvət göndərdi - FOTO

FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Sportinfo.az sizə məktubun məzmununu təqdim edir:

Cənab Rövşən Nəcəf

Prezident
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Sürix. 21 may 2025-ci il

“Qarabağ” FK-ya təbrik

Hörmətli prezident,

Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.

FİFA prezidenti

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!