“Qarabağ” sabiq ulduzunun qayıdışına “yaşıl işıq” yandırdı

21 May 2025 01:50 Qarabağ 10 512
“Qarabağ” sabiq ulduzunun qayıdışına “yaşıl işıq” yandırdı

"Hələ ki, belə məlumat və söhbət yoxdur.

Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına "yox" demərik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın keçmiş forvardı, hazırda "Flamenqo"da çıxış edən Juninyonun geri qaytarılması ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis qış fasiləsində 5 milyon avroya satdıqlarıbraziliyalı ilə bu mövzuda danışmadıqlarını bir daha vurğulayıb:

"Juninyonun “Flamenqo”da işləri bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək.

Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Oyunlarını izləyirəm.

“Flamenqo” böyük klubdur. Juninyo ilə danışığımız olmayıb".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti