Albaniya klubunun qolçusu “Qarabağ”dan nə qədər pul tələb edir?

13:00 Qarabağ 810
Albaniya klubunun qolçusu “Qarabağ”dan nə qədər pul tələb edir?

“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Bu haqda “Bota Sot” yazıb.

Qeyd olunub ki, Ağdam klubu “Vora”nın forvardı Manfredas Ruzgislə maraqlanır.

“Köhlən atlar”ın artıq onun keçidi üçün ilk addımları atmağa başladığı bildirilir. Litva millisində çıxış edən 28 yaşlı qolçu bu mövsüm komandasının heyətində 30 matçda 24 qol vurub.

Litvalının Albaniya klubu ilə müqaviləsi bu yay başa çatır. Manfredas öncələr “Paderborn 2″, “Köln 2″, “Una Strassen”, “Rot-Vays Oberhauzen” və “Videnbrük”da forma geyinib.

Bu iddianın kökü varmı? Saytımız araşdırıb və gerçəyi öyrənib.

Redaksiyamıza məlum olub ki, baltikalı hücumçunun xidmətləri Azərbaycan çempionuna təklif edilib. Menecerlərin Ruzgisin ürəyindən keçən rəqəmsi də ağdamlıların diqqətinə çatdırıb - 300 min avro.

O, “Qarabağ”ın marağını çəkib. Görüşmələrin getməsi haqda xəbər isə doğru deyil. Tərəflər hələ təmasa keçməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 May 15:40 21-ci dəfə çempion