Onun indi Qurban Qurbanovla münasibətləri necədir?

20 May 19:20 Qarabağ 680
Onun indi Qurban Qurbanovla münasibətləri necədir?

"Hər çempionluğun öz hekayəsi var".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Müdafiəçi Ağdam təmsilçisinin 2024/2025-ci illər mövsümündə Misli Premyer Liqasının qalibi olması barədə danışıb:

"Hər çempionluğun arxasında böyük əziyyət var. Budəfəki titul da belə idi.

Həqiqətən çox çalışdıq. Avropa Liqasında bir az uğursuz olsaq da, sonradan bütün fikirlərimizi çempionata yönəltdik.

Növbəti mövsüm də hədəfimiz çempionluq və avrokuboklarda yaxşı nəticə əldə etməkdir".

B.Mustafazadə Azərbaycan Kubokunun finalında "Sabah"a qarşı keçirəcəkləri matça da toxunub:

"Maksimum hazırlaşırıq. Məqsədimiz bu oyunda da qalib gəlməkdir".

O, Qurban Qurbanovla münasibətlərinin yaxşı olduğunu söyləyib: "Hər şey yüksək səviyyədədir, əladır".

Digər Xəbərlər
Xəbər Lenti