
"Bu sevinci yaşadığımıza görə çox xoşbəxtəm”.
Sportinfo.az xəbər verir ki, bu açıqlama "Qarabağ"ın direktoru Əmrah Çəlikələ məxsusdur.
Ağdam klubunun aparıcı şəxsi 12-ci Azərbaycan çempionluğu ilə bağlı danışıb.
Sitat:
“Allah qoysa, davamlı olsun. 14-15 olsun. Açığı, mən üçüncü ulduzumuzu da görmək istəyirəm.
Mövsümü "qızıl dubl"la başa vurmağa gəldikdə, kubokun finalında da bunun üçün əlimizdən gələni edəcəyik. Komandamızın da, oyunçularımızın da final görüşünə tam motivasiyalı çıxacağına inanıram.
Əlbəttə ki, avrokuboklar öncəsi kubokda uğur bizim üçün böyük stimul olardı".