O, “Qarabağ”dan ayrılandan sonra çətinliklə üzləşib

02:30 Qarabağ 118
O, “Qarabağ”dan ayrılandan sonra çətinliklə üzləşib

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki “YouTube” kanalında yayımlanan "Exclusiva TSP" rubrikasında sualları cavablandıran 36 yaşlı yarımmüdafiəçi əvvəlcə hazırkı klubu “Primavera”dakı (Braziliya) işlərindən danışıb:

“Əvvəlcə heç asan deyildi. Xaricdəki vaxta, oradakı oyun sisteminə uzun illərdən sonra uyğunlaşmışdım. Buraya qayıdanda mənim üçün asan olmayacağını ilk gündən bilirdim.

Burada heyət çox keyfiyyətlidir. Mənim oynadığım mövqedə də güclü futbolçular var idi.

Amma baş məşqçimiz - professor Fernando, oyunçular və bütün məşqçi heyəti mənimlə çalışaraq uyğunlaşmağım üçün dəstək oldular.

Bəli, mən mövsümün ortasında gəldim. Onda komandanın ritmi başqa idi".

Digər Xəbərlər
Xəbər Lenti