"Qarabağ"dan SON XƏBƏR

18:10 Qarabağ 195
"Qarabağ"dan SON XƏBƏR

Bu gün Premyer Liqanın 36-cı turunun "Qarabağ" - "Kəpəz" oyunundan sonra mükafatlandırılma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, "Azersun Arena"da olacaq mərasimdə mövsümün qalibi "Qarabağ"a AFFA və PFL rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

"Qarabağ" - "Kəpəz" oyunu saat 19:00-da başlayacaq.

Ağdam klubunun yaydığı açıqlamada oyuna 2500 bilet satıldığı bildirilib. Biletlər sektorlardan asılı olaraq 3, 7 və 15 manatdır.

"Zirə" mövsümü gümüş, "Araz-Naxçıvan" isə bürünc medalçı kimi bitirib.

"Qarabağ" tarixində 12-ci dəfə çempionluq kubokunu başı üzərinə qaldıracaq.

Digər Xəbərlər
Xəbər Lenti