Qurban Qurbanov “Barselona”ya niyə gedə bilmir? - VİDEO

18 May 22:30 Qarabağ 176
Qurban Qurbanov “Barselona”ya niyə gedə bilmir? - VİDEO

Qurban Qurbanov Hans-Diter Flikin yanında təcrübə keçmək istəyir.

Bu barədə telejurnalist Ceyhun Rzayev xəbər verib.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı bildirib ki, «Qarabağ»ın baş məşqçisi «Barselona»nın düşərgəsinə yollanmaq niyyətindədir.

Bu arzunun məqsədi İspaniyanın məşhur klubunun yeni oyun modelini öyrənmək, almaniyalı həmkarı ilə fikir mübadiləsi aparmaqdır.

Rzayevin dediyinə görə, Qurbanov rəqiblərin onların taktiki gedişlərini incələməsindən xəbərdardır, bu da onlara çətinlik yaradır.

Aparıcının sözlərinə görə, Azərbaycanın ən yaxşı futbol mütəxəssisi hələlik vaxt azlığına görə «Barsa»ya səfər edə bilməyib, çünki «Qarabağ» mövsümboyu sıx qrafiklə çıxış eləyib.

SPORTİNFO.AZ

https://www.youtube.com/watch?v=VX9J5HjIulc

Digər Xəbərlər
Xəbər Lenti