“Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyil"

17 May 01:00 Qarabağ 458
“Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyil"

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki “YouTube” kanalında yayımlanan “Exclusiva TSP” rubrikasında sualları cavablandıran 36 yaşlı yarımmüdafiəçi Braziliya və Azərbaycandakı azarkeş mədəniyyəti arasında fərqlərdən danışıb:

“Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyillər. Ancaq Avropa Liqasında və ya Çempionlar Liqasında oynayanda stadion dolurdu.

Yerli liqada isə yalnız derbi oyunlarında stadionda azarkeş çox olur. Amma burada, Braziliyada küçədə azarkeşi görürsən.

Son oyunlarda “Santo André”də stadiona daxil olarkən azarkeşlərin dəstəyi inanılmaz idi. Braziliyadan tez ayrıldığım üçün bu hissi burada əvvəl yaşamamışdım.

Hətta telefonumda videolar saxlamışam. Bu, braziliyalıların futbola necə aşiq olduqlarını göstərir”.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!