
“Vinsent Abubakar “Qarabağ” və “Neftçi”yə təklif edilib.
Onun türkiyəli agenti ilk olaraq Ağdam klubu ilə masaya oturub.
Danışıqlarda müsbətə doğru gəlişmələr yaşansa da, “Qarabağ” cavab üçün vaxt istəyib.
Böyük ehtimalla, iyun ayının əvvəllərində transferin baş tutub-tutmayacağı dəqiqləşəcək. Çünki tək çəkiniləsi məqam kamerunlu forvardın xarakteri ilə bağlıdır”.
Bu transfer xəbəri “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə potensial keçid barədə fikirlər səsləndirib, bunun “Qarabağ” üçün mənfi və müsbət tərəflərindən bəhs ediblər.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN