“Qurban Qurbanov məni otağına çağırıb dedi ki…”

16 May 19:20 Qarabağ 759
“Qurban Qurbanov məni otağına çağırıb dedi ki…”

“Azərbaycanı çox sevirəm”.

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibəsində deyib.

36 yaşlı yarımmüdafiəçi Azərbaycanla bağlı xatirələrini bölüşüb. O bildirib ki, “Qarabağ”ın karyerasında mühüm yeri var:

“2012-ci ildə Azərbaycana gələndə, o vaxt hələ FIFA-nın qanunları dəyişməmişdi. Səhv etmirəmsə, bir ildən sonra vətəndaşlıq almaq mümkün idi.

Bir il keçəndən sonra artıq liqada fərqlənməyə başlamışdım. Amma sonra qaydalar dəyişdiyi üçün vətəndaşlığı qəbul etmək alınmadı.

Dörd il yarım oynamalı idim. Əgər dörd il oynayıb, beşinci ilin ortasına qədər davam etsəydim, onlar sənədləri hazırlamağa başlaya bilərdilər.

Çox şükür ki, bu proses mənim üçün asan oldu.

Bir gün baş məşqçimiz Qurban Qurbanov məni otağına çağırıb dedi ki, səni vətəndaşlığa qəbul etmək istəyirlər. Nə düşünürsən?

Məncə, bu təklifi qəbul etməlisən, çünki burda - təkcə “Qarabağ”da yox, bütün ölkədə hər kəs səni sevir.

Bu səbəbdən də proses asan oldu. Çünki mənə dəstək olan belə insanlar var idi.

Bilirdim ki, vətəndaşlıq aldıqdan bir il sonra milli komandaya çağırılacam. Məhz buna görə təklifi daha rahat şəkildə qəbul etdim.

Azərbaycanla bağlı gözəl xatirələrim var. Orada məni asanlıqla qəbul etdilər, arzularımı həyata keçirdilər, mənə özümü təsdiqləmək üçün şans verdilər, mən də eyni şəkildə qarşılığını verdim”.

Bu ilin fevralında Ağdam təmsilçisi yarımmüdafiəçi ilə yollarını ayırıb. Riçard Almeyda karyerasını Braziliyanın "Primavera" klubunda davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
16 May 03:40 AFFA-da görüş oldu
16 May 02:00 AFFA bu yeri seçdi