Qurban Qurbanovun gözündən düşüb, “Qarabağ”da qalmayacaq - VİDEO

11:40 Qarabağ 2 623
Qurban Qurbanovun gözündən düşüb, “Qarabağ”da qalmayacaq - VİDEO

"Bəhlul Mustafazadə kitab oxuyan, yaxşı şahmat oynayan, həm də istedadlı futbolçudur".

Bus sözlər "Sabah"ın keçmiş idman direktoru Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Bəhlul Mustafazadənin "Qarabağ"dakı perspektivinə böyük ehtiyatla yanaşıb.

Sabiq idarəçi Masazır klubunda çalışdığı müddətdə yaxından tanıdığı müdafiəçinin tezliklə "köhlən atlar"ın düşərgəsini tərk etmək ehtimalının yüksək olduğnu bildirib.

Hazırda ekspert kimi fəaliyyət göstərən eks idarəçinin fikrincə, onun Qurban Qurbanovun gözündən düşməsi təsadüfi deyil.

Qeyd edib ki, son vaxtlar arxa xətt oyunçusunun perfomansında ciddi eniş var və şans aldığı qarşılaşmalarda çoxsaylı səhvlərə yol verir.

Tanınmış teleşərhçi Mustafazadəyə məsləhət görüb ki, şəxsi həyatına diqqətlə yanaşsın, gələcəyi barədə yaxşı-yaxşı fikirləşsin, yoxsa karyerası qısa bir zamanda qüruba gedəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti