5 milyon avroya “Qarabağ”dan transfer olunan hücumçu PİS DURUMDA

16 May 09:20 Qarabağ 5 134
5 milyon avroya “Qarabağ”dan transfer olunan hücumçu PİS DURUMDA

“Flamenqo”nun ilin əvvəlində 5 milyon avroya “Qarabağ”dan transfer etdiyi Juninyo Olavionun komandada işi çətinləşir.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası klubu yeni mərkəz hücumçusu ilə güclənməyə hazırlaşır.

Juninyonun performansı məşqçilər korpusunun ürəyincə olmadığından, rəhbərlik “Əl-Əhli”də çıxış edən Roberto Firmino ilə danışıqlara başlayıb.

Firmino özü də yaşının çoxluğu ilə əlaqədar Səudiyyə Ərəbistanından ayrılmaq və karyerasının son illərini vətəni Braziliyada keçirmək arzusundadır.

Yeganə problem 33 yaşlı forvardın məvacibidir. Çünki onun “Əl-Əhli”dəki aylıq məvacibi 2 milyon avroya yaxındır.

Firmino maaşında endirim etməyə razılıq versə, yayda “Flamenqo”nun formasını geyinə biləcək. Bu isə Juninyonun komandadakı gələcəyini sual altına sala bilər.

Roberto Firminonun “Əl-Əhli” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

firmino 20240521054432 696x392 1 - Futbolinfo.az
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!