
«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun yeni mövsümlə bağlı bəzi planları üzə çıxıb.
O, mayın son həftısində klub rəhbərliyi ilə görüşəcək.
Təcrübəli mütəxəssis həmin toplntıda “qara siyahı”sını təqdim edəcək.
Çempionlar Liqasına hazırlıq görən çalışdırıcının əvvəlki illərlə müqayisədə daha böyük transfer büdcəsi istəyəcəyi deyilir.
Qurbanov ən azı 4 yeni legionerin alınmasında maraqlıdır. «Köhlən atlar»ın sükançısı mərkəz hücumçusu, sol cinah vingeri, sağ cinah müdafiəçisi və stoper mövqelərinin gücləndirilməsini vacib sayır.
Qurbanov nisbətən gənc - 24-25 yaşarası oyunçuları xidmətində görmək niyyətindədir.
Bunda da məqsədi onların xidmətindən minimum 4-5 il yararlanmaq, beləcə, oturuşmuş komanda modeli qurmaqdır.
SPORTİNFO.AZ