“Qarabağ” Kamerun yığmasının hücumçusu ilə anlaşmağa niyə tərəddüd edir?

13:00 Qarabağ 1 309
“Qarabağ” Kamerun yığmasının hücumçusu ilə anlaşmağa niyə tərəddüd edir?

"Beşiktaş"ın sabiq hücumçusu Vinsen Abubakarın karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Menecerlərin afrikalını "Qarabağ"a gətirmək üçün hərəkətə keçməsindən xəbərdarsız.

Agentlər onun xidmətini "köhlən atlar"a təklif eləyib. Abubakar bir neçə illik aradan sonra yenidən Çempionlar Liqasında forma geyinmək arzusundadır.

O, bu məqsədinə çatmaqdan ötrü maliyyə şərtlərində Azərbaycan çempionuna güzəştə getməyə də hazırdır.

33 yaşlı ön xətt oyunçusu Türkiyə Super Liqasında çıxış edən "Hatayspor"dan bugünlərdə ayrılıb. Mövsümün əvvəlində komandaya qoşulan kamerunlu ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilib.

"Qarabağ" bu mövsüm 28 matçda 8 qol, 2 assistlə yadda qalan Abubakarın maliyyə şərtlərini ödəyə bilər. Onları narahat edən başqa məsələdir.

Belə ki, Kamerun yığmasının üzvünün xarakteri ilə bağlı söyləntilər "köhlən atlar"ı qayğılandırır. Tanınmış qolçunun ziddiyətli xasiyyəti barədə məlumatlar hazırda incələnir.

"Beşiktaş" rəhbərliyinə yaxın şəxslərdən rəy istənilib. Çünki onun bir neçə il öncə baş məşqçi Sergen Yalçınla problem yaşaması haqda Tğürkiyə mediasında xəbərlər mövcuddur.

Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Əl Nəsr” kimi tanınmış klubların formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti