AFFA "Qarabağ"ın baş məşqçisini “yüklədi” - 5 oyunluq

7 May 2025 16:20 Qarabağ 973
AFFA "Qarabağ"ın baş məşqçisini “yüklədi” -  5 oyunluq

AFFA "Qarabağ"ın U-10 liqasında mübarizə aparan komandasını cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

Qərarda bildirilib ki, 4 may 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilən "Azərbaycan Qartalları" – "Qarabağ" oyunu bitdikdən sonra "Qarabağ"ın baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4).

Həmçinin sözügedən matç bitdikdən sonra "Qarabağ"ın azarkeşləri hakimlərin ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə komandaya xəbərdarlıq edilsin.

Ş.Yusifov ötən ilin yayından bu vəzifədə çalışır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti