Bu iki nəfər "Qarabağ"a yaramır, başqa transferlər edəceklər - VİDEO

6 May 2025 10:40 Qarabağ 5 133
Bu iki nəfər "Qarabağ"a yaramır, başqa transferlər edəceklər - VİDEO

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, Ağdam klubunun mövsümlərarası fasilədə sıralarına qatdığı Aleksey Kaşukun hələ də ümidləri doğrultmadığını bildirib.

Tanınmış teleşərhçi qeyd edib ki, ukraynalı yarımmüdafiəçi "Sabah"da yaxşı təsir bağışlayırdı və Qurban Qurbanov onu öz komandasına gətirməklə daha da əla performans sərgiləcəyinə ümid bəsləyib.

Lakin Kaşuk əvvəlki klubunda göstərdiyi futbolu "Qarabağ"da nümayiş etdirməyə çətinlik çəkir.

Abbasov həmçinin deyib ki, ukraynalı ilə yanaşı, Emmanuel Addai gözləntilərin altında qalıb.

Ekspert "köhlən atlar"ın onları səviyyəli legionerlərlə əvzələyəcəyinə inandığını söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti