
“Yaxşı oyun keçirdik, qalib gəldiyimiz üçün sevinirəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Premyer Liqanın 33-cü turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə deyib.
Polşalı qolkiper “Qarabağ”la ilk dəfə çempionluq sevinci yaşadığı üçün xoşbəxt olduğunu bildirib:
“Daha 3 xal qazandıq. Hər şey yaxşıdır. “Sumqayıt” məğlub olsa da, yaxşı mübarizə apardı.
Çempion olmaq çox gözəl hissdir. Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacağıq.
Bu turnirdə oynamaq mənim arzumdur. Nəinki mənim, məncə, hər futbolçu qitənin 1 nömrəli klub turnirində çıxış etməyi arzulayır”.