Bir andaca tanınan “Qarabağ”ın yeni tapıntısı - VİDEO

19:20 Qarabağ 177
Bir andaca tanınan “Qarabağ”ın yeni tapıntısı - VİDEO

15 yaşlı Amin Rzayev Azərbaycan Premyer Liqasının bu gün keçirilən “Qarabağ” - “Sumqayıt” matçında (2:0) debüt edib.

Sportinfo.az xəbər verir ki, o, 84-cü dəqiqədə Elvin Cəfərquliyevin əvəzinə oyuna daxil olub.

A.Rzayev sağ cinah müdafiəçisidir. Onun 16 yaşı hələ bu ilin oktyabrın 12-də tamam olacaq.

O, bu vaxta qədər Ağdam klubunun əsas komandasında yoxlama matçlarında iştirak edib.

A.Rzayev “Qarabağ” akademiyasının yetirməsidir.

Digər Xəbərlər
Xəbər Lenti