
"Qarabağ"ın futbolçusu Amil Rzayev Premyer Liqada 2024/2025 mövsümünün rekorduna imza atıb.
Sportinfo.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.
84-ce dəqiqədə Elvin Cəfərquliyevi əvəzləmiş Amin Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
“Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.