“Qarabağ”lı forvard: “İndi çalışacağıq ki..”

23 Aprel 14:20 Qarabağ 417
“Qarabağ”lı forvard: “İndi çalışacağıq ki..”

“Bu turnirdə də titul qazanmaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın hücumçusu Musa Qurbanlıya məxsusdur.

O, bu gün “Araz-Naxçıvan”la keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşüb:

“Məqsədimiz kuboku qazanmaqdır. İlk oyunda 0:1 hesabı ilə uduzmuşuq.

İndi çalışacağıq ki, bu vəziyyətdən çıxıb finala yüksələk. Mövsümü iki kubokla başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti