“Qarabağ”da qol gördü, adını Neymarla bir siyahıda gördü

23 Aprel 00:50 Qarabağ 2 030
“Qarabağ”da qol gördü, adını Neymarla bir siyahıda gördü

Braziliyada son 10 ildə Avropa klublarında mövsümə görə ən yaxşı braziliyalı bombardirlərin siyahısı hazırlanıb.

Sportinfo.az “UOL” nəşrinə istinadən xəbər verir ki, Braziliyanın top-10 siyahıya “Qarabağ”ın sabiq hücumçusu, hazırda “Flamenqo”da çıxış edən Juninyo da daxil edilib.

O, 2023/2024 mövsümündə 31 qol vuraraq onu 2015/2016 mövsümündə "Barselona"nın heyətində eyni sayda qol vuran Neymarla 4-cü yeri bölüşür.

“Qarabağ”ın keçmiş hücumçusu Artur Kabral (“Bazel” və “Fiorentina”, 2021/22, 29 qol), İqor Tiaqo (“Brügge”, 2023/24, 27), Reginaldo Ramires (“Auda”, “Riqa”, 2023/24,27) kimi futbolçuları qabaqlayıb.

Siyahıda birinci Jonasdır (“Benfika”). O, eyni anda ilk iki pilləni (2017/18 (37) və 2015/16 (36) özündə saxlayır.

Maraqlıdır ki, onun rekordu bu mövsüm artıq 30 qolu olan "Barselona"nın futbolçusu Rafinya tərəfindən qırıla bilər.

Digər Xəbərlər
Xəbər Lenti