“Qarabağ”ın ən bahalı legionerindən MARAQLI AÇIQLAMA

21 Aprel 01:50 Qarabağ 1 041
“Qarabağ”ın ən bahalı legionerindən MARAQLI AÇIQLAMA

“Məqsədimiz təkcə Premyer Liqada deyil, həm də Azərbaycan kubokunda çempionluğa nail olmaqdır.

Bu səbəbdən cavab matçında daha diqqətli və istəkli olacağıq.

Azarkeşlərimizin də dəstəyi ilə mərhələni keçən tərəf olmaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın fransalı vingeri Abdullah Zubir deyib.

“Köhlən atlar”ın ən bahalı legioneri sayılan 33 yaşlı yarımmüdafiəçi Premyer Liqanın son turunda “Neftçi” üzərində qazandıqları 3:0 hesablı qələbə barədə fikirlərini bölüşüb:

“Yaxşı oyun alındı. Komanda şəklində yaxşı mübarizə apardıq və nəticədə 3:0 hesablı qələbə qazandıq.

Qələbə hər zaman xüsusi hisslər yaşadır, bu gün də çox xoşbəxtik. Hazırda çempionluğa bir addım daha yaxınlaşmışıq.

Mövsümün əvvəlindən bəri əsas hədəfimiz çempionluq olub və bu məqsədlə çalışırıq. Belə oyunlar bizə motivasiya verir.

Hər dəfə meydana çıxanda bu formanı layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək üçün oynayırıq. Belə vacib matçdan sonra üç xal qazanmaq həqiqətən də möhtəşəm hissdir”.

Digər Xəbərlər
Xəbər Lenti