
U-17 liqasında keçirilən "Qarabağ” və "Zirə" komandaları arasındakı görüşdə dava düşüb.
Gərgin anlar valideynlər arasında yaşanıb.
Hadisələrin səbəbkarı Ağdam təmsilçisinin baş məşqçisi Rəşad Sadiqov olub.
Milli komandamızın sabiq üzvü rəqib komandanın üzvlərini təhqir edib.
Məhz bundan sonra ara qarışıb.
Baş məşqçi bu hərəkətinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldırılıb.
Valideynləri isə böyük çətinliklə sakitləşdirmək mümkün olub.
AFFA İntizam Komitəsinin iclasında gənc məşqçinin 5 oyunluq diskvalifikasiya olunması da onun kütləvi davaya səbəbkar göstərilməsi olub.
SPORTİNFO.AZ