“Əslində, daha yaxşı “Qarabağ” görə bilərdik” - Leandro Andrade

10 Aprel 2025 23:20 Qarabağ 1 134
“Əslində, daha yaxşı “Qarabağ” görə bilərdik” - Leandro Andrade

“Əslində pis oyun olmadı, amma meydanda daha yaxşı “Qarabağ” görə bilərdik”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın legioneri Leandro Andrade deyib..

25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 29-cu turunda “Zirə” üzərində qazandıqları 1:0 hesablı qələbəni dəyərləndirib.

Kabo-verdeli bu görüşdə komandasının tam potensialını ortaya qoya bilmədiyini düşünür:

“Ümumi götürəndə vacib qələbə oldu və turnir cədvəlindəki əsas rəqiblərimizdən biri olan “Zirə” ilə xal fərqimizi bir qədər də artırdıq. Bu, bizim üçün çox önəmlidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti