“Qarabağ” razılıq verdi - Bu “dünya çempionatı“nda iştirak edəcək

5 Aprel 2025 20:00 Qarabağ 6 679
“Qarabağ” razılıq verdi - Bu “dünya çempionatı“nda iştirak edəcək

“Qarabağ” növbəti beynəlxalq turnirdə iştirak edəcək.

Bu barədə klubdan redaksiyamıza bildirilib.

Verilən məlumata görə, 17 yaşlılardan ibarət komanda yayda İsveçə yollanacaq.

İyulda burada “Gothiacup“ yarışı keçiriləcək. .

Ayın 13-20-i aralığında Göteborq şəhərində təşkil olunacaq turnirdə 10-dan artıq iştirakçı qüvvəsini sınayacaq

Rəşad Sadiqovun çalışdırdığı kollektivin rəqibləri hələ müəyyənləşməyib.

Ancaq dəqiq olan budur ki, Skandinaviya ölkəsində Avropanın tanınmış klublarının təmsilçiləri qüvvəsini sınayacaq.

“Gothiacup“ yeniyetmələr arasında keçirilən ən məşhur turnirlərdən biridir. Bu yarış qeyri-rəsmi olaraq “azyaşlıların dünya çempionatı“ adlandırılır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti