"Qarabağ" "Aston Villa" və "Feyenoord"a rəqib oldu

3 Aprel 2025 23:20 Qarabağ 1 624
"Qarabağ" "Aston Villa" və "Feyenoord"a rəqib oldu

"Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi "SV EPE U14 Youth Easter Cup" turnirində qüvvəsini sınayacaq.

Yarış aprelin 18-20-də Niderlandda keçiriləcək.

"Qarabağ"ın rəqibləri “Utrext”, “Qo Ehed İqls”, “Feyenoord”, “Alkmaar”, “Epe” (hamısı Niderland), “Nordsyalland” (Danimarka), “Aston Villa” (İngiltərə), “Genk” (Belçika), “Volfsburq”, “Hamburq” (hər ikisi Almaniya) klubları və Lüksemburq milli komandası olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti