"Bayer" ilə oyunları 2024-cü ilin ən yaddaqalan hadisəsi adlandırdı – Sabiq "Qarabağ"lı

14 Yanvar 2025 20:20 Qarabağ 849
"Bayer" ilə oyunları 2024-cü ilin ən yaddaqalan hadisəsi adlandırdı – Sabiq "Qarabağ"lı

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov 2024-cü ildə onun üçün ən yaddaqalan hadisənin Avropa Liqasında "Bayer 04"ə qarşı keçirdikləri oyunlar olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiper bu barədə TASS-a açıqlamasında deyib.

"Ötən il kifayət qədər məhsuldar, normal olub. 2024-cü ildə ən yaddaqalan hadisələr, yəqin ki, Avropa Liqasındakı oyunlar, konkret desək, "Bayer 04"ə qarşı matçlar idi", - deyə o bildirib.

2024-cü ilin martında Avropa Liqasının 1/8 finalında Ağdam klubu "Bayer 04"ə iki oyunun nəticəsinə (2:2, 2:3) görə məğlub olub.

2023/2024 mövsümündə "Qarabağ"ın heyətində 16 matça çıxan A.Lunyov bunların 5-də qapısını toxunulmaz saxlayıb. O, 2024-cü ilin yayında Moskva təmsilçisi "Dinamo"ya transfer olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -