Məşhur klub prezidenti “Qarabağ”a “meydan oxudu”: “Onları məğlub edəcəyik”

12 Noyabr 2024 11:20 Qarabağ 15 767
Məşhur klub prezidenti “Qarabağ”a “meydan oxudu”: “Onları məğlub edəcəyik”

FKSB-in sahibi Cici Bekali “Qarabağ”la ilə Bakıda keçiriləcək Avropa Liqasının oyunundan danışaraq, komandasının əsas mərhələnin sonunda ilk 8-likdə yer almaq şansı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “Fanatik”ə danışan Rumıniya klubunun rəhbəri Ağdam klubunu məğlub edə biləcəklərini söyləyib:

“Püşkatmadan əvvəl demişdim ki, 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edəcəyik. Hələ iki qələbəmiz və heç-heçəmiz var.

Düşünürəm ki, “Olimpiakos”u, sonra “Qarabağ”ı məğlub edəcəyik. İstəyirəm ki, ilk 8-liyi bitirərək pley-offa yüksələk”.

“Qarabağ” – FKSB oyunu gələn il yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və oyuna saat 21:45-də start veriləcək.

Hazırda Rumıniya çempionu 9 xalla ümumi cədvəldə 8-ci, “Qarabağ” isə isə 3 xalla 29-cu pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?