“Qarabağ” yeni mərhələyə doğru gedir – Lazım olan 11…

14 Aprel 17:45 Qarabağ 2 936
“Qarabağ” yeni mərhələyə doğru gedir – Lazım olan 11…

Müstəqillik tarixində bütün milli çempionatların iştirakçısı olmuş “Qarabağ” daha bir rekordunu yeniləməyə yaxındır.

Söhbət “köhlən atlar”ın Premyer Liqada bir mövsümdə rəqib qapılarından keçirdiyi top sayından gedir.

1992-ci ildən elitada mübarizə aparan Ağdam təmsilçisinin yüksək dəstədə indiyə qədər ən məhsuldar mövsümü 2022-23 “futbol ili”nə təsadüf edib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 36 matçda rəqib qapılarından 91 top keçirməyə nail olub.

İndi vəziyyət necədir?

Mövsümün başa çatmasına 7 oyun qalmış “Qarabağ” 81 dəfə fərqlənib. Bu, o deməkdir ki, qarşıdakı 7 turda 11 qol vurulacağı təqdirdə “köhlən atlar” məhsuldarlıq rekordunu təzələyəcək.

Etiraf edək ki, bu, kifayət qədər inandırıcı görünür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti