"Qarabağ" legionerləri istirahətə buraxa bilməz" - VİDEO

7 Aprel 22:30 Qarabağ 481
"Qarabağ" legionerləri istirahətə buraxa bilməz" - VİDEO

«Futbolçuları 1-2 aylıq istirhətə buraxmaq olmaz».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»ın son 11 mövsümdə 10-cu dəfə Azərbaycan çempionu olmasından danışıb.

Tanınmış teleşərhçi bildirib ki, çempionatın bitiminə 8 tur qalmış qızıl medalları özü üçün təmin eləmiş «köhlən atlılar»ın oyunçuları ilə əlaqəli müəyyən təkliflər səsləndirilir.

Bunlardan biri də onların aparıcı simalarına vaxtından xeyli əvvəl istirahət verilməsiylə bağlıdır.

Abbasov deyib ki, belə olarsa, onların sonradan forma yığması çətinləşəcək:

«Futbolçulara yalnız qısamüddətli istirahət verilməlidir. Bu, çempionatın gedişi zamanı da ola bilər.

Məsələn, heyətdə rotasiyalar edilməklə. Müasir futbolda fiziki hazırlığın yeri tam başqadır. Belə boşluqlar vermək düzgün olmaz».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti